Türkiyə vətəndaşı Burakhan Sönmezin onurğa iliyində koronavirus aşkarlanıb.
Ağız və Diş Sağlamlığı Mərkəzində xəstələrin qəbulu bölməsində işləyən epilepsiya xəstəsi olan Sönmezin halı pisləşib.
O, huşunu itirərək yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən Sönmezin COVID-19 testi neqativ çıxıb. Lakin onun hərarəti olub. Həkimlər yerə yıxıldığına görə xəstəni beyin tomoqrafiyasından keçirib, onurğa iliyindən isə nümunə götürülüb. Bu zaman Sönmezin koronavirusa yoluxduğu aşkarlanıb.
Burakhan Sönmezin müalicəsini həyata keçirən Qazi Universiteti Daxili Xəstəliklər Şöbəsinin Reanimasiya bölməsi müəllimi Melda Türkoğlu koronavirusun bütün orqanizmə təsir göstərən multisistemli xəstəlik olduğunu deyib. Onun sözlərinə görə, dünyada onurğasında koronavirus aşkar edilən nadir sayda insan var.
Türk mütəxəssislər bu olayı dünya ədəbiyyatına bildirəcəklərini qeyd edib.
Qeyd edək ki, yeni tip koronavirusun yuxarı tənəffüs yolları xəstəliklərinə səbəb olduğu elmə məlumdur./publika.az




Loading...