Pakistanın Kəraçi şəhərində 5 mərtəbəli yaşayış binası çöküb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Daha 30 nəfərin dağıntılar altında qaldığı deyilir. 
Pakistanın yerli mediasının məlumatına görə, sözügedən binanı hökümət əvvəllər "təhlükəli" kateqoriyaya daxil edib. Lakin xəbərdarlıqlara baxmayaraq, bina boşaldılmayıb.  
Polis, ordu və könüllülərdən ibarət axtarış-xilasetmə qrupları sağ qalanları çıxarmağa davam edir.
Şahidlər, qonşularının çoxunun dağıntı altında qaldığını söyləyərək, hökümətdən kömək istəyiblər.redaktor.az




Loading...