Azərbaycanda yoluxanların sayı kəskin artıb. Belə ki, martın 11-də koronavirus infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 5 nəfər "COVID-19"dan vəfat edib. Yoluxanların sayının artması karantin rejiminin yenidən sərtləşməsi məsələsini ortaya çıxarır. 

Qeyd edək ki, martın 13-də Operativ Qərargahın brifinqinin olması ilə bağlı xəbərlər var. Həmin brifinqdə bayram günləri ilə bağlı qərarların verilməsi gözlənilir. Həmin qərarlardan biri də bayram günlərində ictimai nəqliyyatın və 65 yaşından yuxarı insanların çölə çıxmasına yenidən qadağa qoyulmasıdır. Azərbaycanda bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyula bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, bayram günləri 8 gün ictimai nəqliyyatın faliyyətinə qadağa qoyula bilər:

"Son günlər yoluxanların sayının 600-ü keçməsi narahatlıq doğurur. Düşünürəm ki, gələn həftə yoluxanların sayı 1000-ni keçəcək. Bayram günlərində yoluxanların sayının artmaması üçün ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırıla bilər. Bundan əlavə 65 yaşdan yuxarı insanların çölə çıxmasına yenidən qadağa qoyulması ehtimalı da var.

Düşünürəm ki, vaksinasiyaya görə yoluxanların sayının yenidən kəskin artması ehtimalı zəifdir. Amma bayram günlərində insanların kontaktını azaltmaq üçün müəyyən məhdudlaşdırılmalara gediləcək. Əvvəlki, vaxtlarda olduğu ki, restoranlar, gözəlik salonları və digər müəssisələrin bağlanılması gözlənilir. Ancaq yoluxanların sayının yenidən 4000-nə yaxınlaşacağını düşünmürəm".




Loading...