Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində "kosmik” bir icad ixtira olunub.
 
Pressaz.info xəbər verir ki, sözügedən küçədə, Milli Konservatoriyanın arxasında piyada yolunu sataraq restoran açıblar.
 
Vətəndaşların hər gün istifadə etdiyi səki indi bağlanıb, tupik yaradılıb. Eybi yox, piyadalar avtomobil yolu ilə hərəkət edərlər, əsas budur ki, səkini satıb yerində obyekt işlətsinlər.

Hazırda səkinin üstündə "CİO CİO SAN” adlı restoran fəaliyyət göstərir və bu qanunsuzluq obyekt sahibinin vecinə də deyil.

Görünür, restoran sahibi Nəsimi Rayon İcra Hakimiyyəti və onun başçısı Asif Əsgərovla "dil tapıb”. Əks halda kimin hünəri və ixtiyarı çatar ki, şəhərin mərkəzində, yolun tən ortasında, səkini zəbt edəsən və restoran açasan. Deməli, A.Əsgərovla restoran rəhbəri arasında babat sövdələşmə olub. Ona görə onları nə piyada yolu, nə səki maraqlandırır.





Loading...