Kriminal tarixinə "Skopinski manyakı" kimi düşmüş məşhur cinayətkar Viktor Moxov azadlığa çıxıb.
pressaz.info xəbər verir ki, 17 il sərt rejimli həbsxanada cəza çəkən cinayətkar 2000-ci ildə 14 və 17 yaşlarında iki qızı qaçıraraq, onları dörd ilə yaxın evinin zirzəmisində gizlədib.
Qızlara təcavüz etməklə kifayətlənməyən manyak, onları ac saxlayıb və işğəncələr verib.
Bir neçə gün öncə isə Viktor Moxovun cinayət işinə əlavə edilməyən əl yazısı nümayiş olunub.
17 il ərzində Moxovun cinayət işi ilə məşğul olmuş müstəntiq Dmitri Plotkin tərəfindən istintaqa nümayiş edilən əl yazısında
“Qocalmaqda olan heyvanlar (itlər, pişiklər) gənc heyvanlarla ünsiyyətdə olduqca özləri də gəncləşir. İnsanlar da belədir.” - qeyd olunub.
Qeyd edək ki, Moxov sərbəst buraxılsa da, 6 il xüsusi nəzarət altında olacaq. Ayda iki dəfə yaşadığı ərazi üzrə polis bölməsinə hesabat verəcək.





Loading...