c


İranın Məşhəd şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.

Pressaz.info yerli KİV-ə istinadən bildirir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yanvarın 11-də yerli vaxtla saat 22:57-də Rəzəvi Xorasan vilayətinin Sefidsəng rayonunda qeydə alınıb.

Yeraltı təkanlar Məşhəd şəhəri ilə yanaşı, vilayətin Fəriman və Qulundərabad bölgəsində də hiss olunub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.