İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 120-ni yaralıların sayı isə 900-ü ötüb.

Pressaz.info xəbər verir ki, BMT-nin yaydığı məlumata görə, 200 civarında bina və ev yerlə bir olub. Bildirilir ki, Həmas təşkilatının hücumları nəticəsində isə 10-a qədər insan həlak olub. Bu arada, “İzəddin əl-Qəssam briqadası” İsrailə yenidən raket zərbələri endirib. Hədəfdə 4 şəhər-Beer-Şeva, Netivot, Aşkelon və Aşdod olub.

Məlumata görə, mərmilərdən bir neçəsi Aşkelona düşüb. Hücumdan sonra Aşkelondakı elektrik stansiyasında yanğın baş verib. Şəhərdə partlayış səsləri eşidilib.
/metbuat.az/




Loading...