Boks üzrə rusiyalı dünya və Avropa çempionu Olqa Domulacanova dünyasını dəyişib.

Bu barədə TASS-a Rusiya Boks Federasiyasından məlumat verilib.

Onun koronavirus infeksiyası üzündən 52 yaşında vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Olqa Domulacanova 2001-ci ildə 81 kq çəki dərəcəsində dünya və Avropa çempionu olub.




Loading...