İsraildə 9 min ehtiyatda olan əsgər Müdafiə Ordusunun sıralarına çağırılıb.

Pressaz.info publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Beni Gants sərəncam imzalayıb.

Bundan əvvəl İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Xiday Zilberman ordunun "hər an quru əməliyyatına başlamağa hazır olduğunu" bildirib.

"The Jerusalem Post" qəzetinin verdiyi məlumata görə, quru əməliyyatı planı gün ərzində baxılması üçün Baş Qərargah rəisi Aviv Koxaviyə təqdim edilməlidir.




Loading...