Hindistan koronavirus infeksiyasının şiddətli bir dalğası ilə mübarizə apardığı zamanda ölkənin şərqindəki Qanq çayında onlarla cəsəd açkarlanıb.

“Ölkə.Az” xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Verilən xəbərə görə,  çoxsaylı insanın ölmə səbəbi isə hələlik hökumətə bəlli deyil.

Bixar ştatının rəsmi məlumatına görə, yerli səhiyyə orqanlarının əməkdaşları  Qanq çayından 71 cəsədi çıxara biliblər.

Sosial şəbəkələrdə çayda cəsədi tapılanların koronavirusdan öldüyü barədə məlumatlar yayılıb. Ancaq hökumətin cəsədlər üzərində apardığı müayinə nəticəsində onların koronavirusdan ölmədiyi bəlli olub. Ancaq ölümün səbəbini də tapa bilməyiblər.

Qonşu Uttar-Pradeş ştatının Qazzipur çayında da  insan cəsədləri aşkar edilib.





Loading...