Həmas təşkilatının İsrailə atdığı raketlərdən bəziləri “Dəmir qübbə” müdafiə sistemlərini aşaraq Aşdod və Aşkelon şəhərlərinə düşüb.

Pressaz.info Anadolu agentliyinə istinadən xəbər verir ki, “Qassam Tuğayları” 5 dəqiqə ərzində İsrail istiqamətində 137 mərmi atıb. Fəsadlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Əl-Əqsa məscidində yaşanan gərginlik toqquşmalara çevrilib. Qəzzadan İsrailə atılan raket zərbələrinə Təl-Əviv cavab verib. İsrail qırıcılarının Qəzza zolağını bombalaması nəticəsində 26 dinc insan həlak olub./metbuat.az/




Loading...