Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.

Pressaz.info xəbər verir ki, bu barədə “İnterfax” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə zamanı çox sayda insan yaralanıb. Tass agentliyi isə xəbər verir ki, hadisə yerli sakinlər arasında mübahisəli Qolovnaya su paylama məntəqəsi yaxınlığında baş verib. Bununla belə, Qırğızıstanın Milli Təhlükəsizlik Xidməti tacik hərbçiləri avtomatlardan atəş açmaqda ittiham edib. Bəzi mənbələrdə Qırğızıstan hərbçilərinin sərhədi pozduğunu irəli sürülür.

Qeyd edək ki, tacik-qırğız sərhədinin uzunluğu 911 kilometr təşkil edir. Onun 451 kilometri mübahisəli ərazi hesab edilir. Bu da iki ölkə arasında vaxtaşırı sərhəddə müxtəlif səviyyəli silahlı insidentlərin baş verməsinə səbəb olur.

/metbuat.az/




Loading...