Türkiyədə “Harun Yəhya” ləqəbi ilə tanınan, təcavüz, fırıldaqçılıq və başqa cinayətlərdə təqsirli bilinən Adnan Oktarın daha bir iyrənc əməli üzə çıxıb.

Pressaz.info xəbər verir ki, hazırda ev dustaqlığında olan 52 yaşlı Müge Öğütçü adlı "kedicik" Adnan Oktarın ona təcavüz etdiyini və dəfələrlə fiziki zorakılığa məruz qoyduğunu etiraf edib.

Prokurorluğun apardığı istintaqa kömək edəcəyini açıqlayan Müge Öğütçü Adnan Oktarın ona üç dəfə təcavüz etdiyini bildirib. O, həmçinin deyib ki, incə səsinə və görünüşünə görə illərlə A.Oktar tərəfindən döyülüb:

"Adnan Oktar yanında olmaq istəmədiyim üçün Draqosdakı təşkilat mərkəzində üç dəfə mənə təcavüz etdi. Onun tərəfindən illərdir incə səs tonum və görünüşüm səbəbindən döyülmüşəm. Qorxumdan heç vaxt yaxşı görünə bilməzdim. "Mənə sevgi ilə bax" deyərək döyürdü. Bəzən mənə və digər qızlara etdiyi şiddət saatlarla, hətta günlərlə davam edirdi".

/baku.ws/




Loading...