"Aprelin 22-də Putin-Lukaşenko görüşü olacaq. Moskva artıq elə bir vəziyyət yaratdı ki, Batka indi hər şeyə razıdır. Ehtimalıma görə, aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək. Bu, SSRİ-nin xortlamasının təməli ola bilər”.
 
Pressaz.info-nun məlumatına görə, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O bildirib ki,  Kreml sonra çox asanlıqla Qırğızıstanı "udacaq":

"Orada son hakimiyyət dəyişikliyi məhz bunun üçün idi. Daha sonra növbə Qazaxıstana çatacaq, növbəti addım kimi Donbası tərkibinə qatacaq. Amma bizim üçün ən təhlükəli məqam Ermənistandır. Əgər Kreml yayda bu ölkədə keçirilən seçkilərdə planladığını etsə, rəsmi İrəvan yeni "SSRİ"yə daxil olacaq. Zatən son hərbi məğlubiyyət bunun əsasını yaratmağa səbəb oldu . Ermənistana mesaj verildi ki, təkbaşına ölkə kimi mövcudiyyəti sual altına düşəcək. 
Vəziyyət qəlizdir, əgər bu ssenari həyata keçirilməyə başlasa, bizim üçün ağır dövr gələcək. Hətta Kreml artıq açıq-açıq Duqinin dili ilə həm təhdid edir, həm də Azərbaycanı "SSRİ"yə dartır”.

Partiya üzvü bildirib ki, əgər 22 Apreldə Moskvada "SSRİ-nin xortlaması” proyektinə start verilsə, biz Türkiyə ilə "İttifaq Dövləti" müqaviləsi bağlamalı, Türk Ordusu üçün həmən bazalara icazə verilməliyik:

"Başqa yol yoxdur. Əgər seçim ya "SSRİ", ya da Türkiyə ilə Konfederasiyadırsa, məncə, düşünmək belə artıqdır. Seçim bəllidir, yeni Konfedarativ Dövlət, Ankara-Bakı birliyi - ancaq bu yolla müstəqilliyimizi qoruya biləcəyik. 

Çox təəssüf ki, Kollektiv Qərb daha uzun zamana hesablanmış oyun oynayır. Qısa vadədə hamımızı "yem" kimi Kremlin ağzına atır, bilir ki, Moskva bunu "həzm" edə bilməyəcək, sonda "boğulacaq", amma buna böyük zaman lazımdır. Bizim isə zamanımız yoxdur - ən böyük uğurumuz və dəyərimiz olan müstəqilliyimiz sual altına düşə bilər. Digər tərəfdən aprelin  24-də Bayden qondarma hadisəyə "genosid" desə, bu Qərblə Türkiyə, Azərbaycan arasında gərginliyi artıracaq. Buna da hazır olmalıyıq. ABŞ bunu etsə, Türkiyə və Azərbaycanı özündən uzaqlaşdıracaq, bizim isə başqa gedəsi yerimiz yoxdur, deməli birgə addımlamaq lazımdır”.

/sfera.az/





Loading...