Fransa Pakistandakı bütün vətəndaşlarını, ölkə daxilindəki şiddətli anti-Fransız etirazları fonunda müvəqqəti olaraq ölkəni tərk etməyə çağırdı. 

Pressaz.info
-nun BBC-yə istinadən verdiyi məlumata görə, Fransanın xəbər agentliyi AFP tərəfindən alınan maildə ölkənin Pakistandakı səfirliyi "Pakistanda Fransanın maraqlarına ciddi təhdidlər" olması barədə xəbərdarlıq edib. 

İki polis məmuru bu həftə etirazçılarla toqquşmalarda həyatını itirib. 

Qeyd edək ki, etirazların səbəbi bir ay əvvəl bir Fransız jurnalında Məhəmməd peyğəmbərin karikaturası nəşr edilməsi olub. 

Fransa Prezidenti Emmanuel Macron ( Emanuel Makron) hökumətinin jurnalın nəşr etmək hüququnu müdafiə etməsi  Pakistandakı mühafizəkarları qəzəbləndirib.

Məhəmməd peyğəmbərin təsvir edilməsi İslamda tabudur  və müsəlmanlar tərəfindən təhqir kimi qəbul edilir. 

Etirazlar bu həftə Pakistan hökumətinin, Fransa səfirinin qovulmasını tələb edən mühafizəkar siyasi partiyanın (Tehreek-e-Labaik Pakistan ) lideri Xadim Hüseyin Rizvini həbs etməsindən sonra  daha da artıb.

Partiyanın minlərlə tərəfdarı etiraz etmək üçün Pakistanda küçələrə axışıb. Polis kütləni dağıtmaq üçün plastik güllələrdən atəş açıb, gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. 




Loading...