NATO-ya üzv ölkələrin müdafiə və xarici işlər nazirləri videoformatda görüşəcək.

Pressaz.info xəbər verir ki, görüşdə müzakirə olunacaq əsas məsələ Rusiyanın Ukrayna sərhədində hərbi hərəkətliliyini və qoşun sayını artırması mövzusu olacaq. 

NATO-dan verilən açıqlamada ABŞ müdafiə naziri Lloyd Austin və dövlət katibi Antoni Blinkenin Brüsseldəki NATO qərargahında Yens Stoltenberq ilə görüşəcəkləri qeyd olunub.

NATO-nun Baş katibi Yens Stoltenberq dünən Ukraynanın xarici işlər naziri Dmitro Kulebanı videoformatda qəbul edib və NATO-Ukrayna Komissiyasının iclası baş tutub.

Qeyd edək ki, Rusiyanın son vaxtlar Krımda hərbi cəhətdən daha da möhkəmlənməsi NATO tərəfindən xüsusi narahatlıqla qarşılanır. Müttəfiq ölkələr Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hərtərəfli dəstək verəcəklərini bildirirlər.  /redaktor.az/




Loading...