Ukrayna Silahlı Qüvvələri prelin ikinci yarısından etibarən separatçılara qarşı Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-larından istifadə edəcək.

Pressaz.info bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, PUA-lar cənubdakı Melitopoldan şimaldakı Xarkova qədər kəşfiyyat uçuşları həyata keçiriblər. 

Ukrayna Xarici İşlər Nazirliyi isə bu gün səhər verdiyi açıqlamada Moskvanın Kiyevdən gələn dialoq təkliflərini rədd etdiyini bildirib. Həmçinin, Rusiyaya qoşunlarını Ukrayna sərhədindən çıxarmaqla bağlı çağırış edilib.  /redaktor.az/




Loading...