c

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusda ikinci bir dalğanın meydana gələ biləcəyi ilə bağlı xəbərdarlıq edib.
İNPA.AZ "Haber Global"a istinadən xəbər verir ki, ÜST-nın Avropa Regional Ofisinin rəsmisi Hans Kluge, bütün ölkələrdə yoluxma sayının artımı ilə bağlı dərhal ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib. ÜST rəsmiləri bütün ölkələri sürətli və effektiv test və təcrid olunmaqla işləməyə çağırıb.
Payızda baş verə biləcək COVID-19 epidemiyasının ikinci dalğası üçün ÜST mümkün qədər karantin tətbiqinə uyğun strategiya hazırlamağa çalışacaqdır.
ÜST-nın Rusiyadakı bir müəssisəsində keçirilən iclasda iştirak edən Hans Kluge, payız mövsümünün virusun "çox ehtimal" artmasına səbəb olacağını və artımın COVID-19 yoluxma halının daha da artacağına işarə edib.