“Yerli peyvəndimiz hazır olandan sonra Türkiyə onu sərfəli şərtlər altında bütün dünyaya satmağı planlaşdırır”.

Pressaz.info xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin videokonfrans formatındakı çıxışı zamanı belə deyib. Peyvəndlərin ədalətli formada paylaşılmadığına işarə edən dövlət başçısı, 100-ə yaxın ölkədə ümumiyyətlə peyvənd prosesinin başlamadığını bildirib.

Qeyd edək ki, türkiyəli mütəxəssislər 1 neçə peyvənd üzərində işləyir. Onlardan biri daha tez hazırlana bilən sprey formasındadır. Sprey formasında olan peyvəndin sınaqları yaxın günlərdə başlayacaq.

Peyvənd istehsal edən Çin və Rusiya kimi ölkələrin ondan təzyiq vasitəsi kimi istifadə etdiyinə dair iddialar var. /metbuat.az/




Loading...