Madaqaskarın sabiq prezidenti Didye Ratsiraka 84 yaşında qriplə bağlı müalicə aldığı xəstəxanada vəfat edib.

Həkimlər bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən keçmiş prezidentin COVID-19 testinin mənfi çıxdığını açıqlayıb.

"Admiral" ləqəbli Didye Ratsiraka 1975-1993 və 1997-2002-ci illər arasında Madaqaskar prezidenti vəzifəsində çalışıb. /redaktor.az/





Loading...