Karantin sərtləşdirildi: Bərbərxanalar, gözəllik salonları bağlandı...

Son vaxtlar yoluxma sayının sürətlə artdığı Belçikada yeni qərar verilib.
 
Pressaz.info Pravda.az-a istinadla xəbər verir ki, Belçika hökumətinin mətbuat konfransından əvvəl açıqlanan qərarına uyğun olaraq məktəblər, bərbərlər, gözəllik salonlar, məcburi olmayan müəssisələr və dükanlar bağlanılacaq. Sözügedən məhdudiyyətlər aprelin 25-dək davam edəcək.
 
Epidemiyanın başladığı gündən bu yana 842 mindən çox korona virusu hadisəsinin aşkar edildiyi Belçikada, COVID-19 səbəbilə əlaqədar ölənlərin sayı 22.763 olaraq qeyd edilib.




Loading...