Türkiyənin Müdafiə Nazirliyi Suriyadan Kilis vilayətinə təşkil edilən hücumla bağlı açıqlama verib.

Pressaz.info metbuat.az-a istinadla xəbər verir ki, açıqlamaya görə, atılan iki mərmi boş əraziyə düşüb və partlamayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hücumdan dərhal sonra Türkiyə ordusu raketlərin atıldığı mövqeləri atəş altına alıb. Qarşı tərəfə layiqli cavab verilib.

Hadisə barədə Rusiyaya məlumat verilib və atəşkəsin bərpa olunması tələb olunub.




Loading...