Rusiyada iqlim digər ölkələrə nisbətdə 2,5 dəfə daha sürətlə istiləşir və bu, ölkə üçün başlıca təhlükədir.

Pressaz.info Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Voekova adına Geofizika Rəsədxanasının aparıcı elmi işçisi Andrey Kiselyov deyib.Onun sözlərinə görə, buna səbəb Arktik zonada daha aktiv proseslərin getməsidir: “Sürətli istiləşməyə səbəb Rusiyanın yerləşdiyi Şimal yarımküəsinin orta enliklərində quru sahəsinin okean sahəsindən daha az olmasıdır. Okean nəhəng istilik akkumlyatorudur. İsti olduqda atmosferdəki istilik kütləsi okeana daxil olur. Əksinə, atmosfer soyuduqda okeandakı bu istilik hissəsi geri, yəni atmosferə qayıdır”.




Loading...