Meri Toft  XVIII əsr dünya tarixində əcaib bir iz qoyub. O, dünyada ilk və sonuncu dovşan doğan qadındır.

İngiltərənin Surrey qraflığında kasıb kəndli qadın olan 25 yaşlı Meri üçüncü dəfə hamilə ikən qəribə davranışlar sərgiləyir.  Əvvəlcə o, qardaşı arvadı və ərindən yeməyə dovşan əti istəyir, sonra çölə qaçıb dovşan axtarır, daha sonra isə bütün hamiləliyi boyu yuxuda hər gecə dovşan gördüyünü deyir. Bir gün tarlada işləyən qadının açılışı olur və qadınlar onu qan içində, yerdə isə kiçik dovşana bənzər hissələr düşnüş şəkildə tapır. Qadın uşaq yox, dovşan doğmuşdu. 

Növbəti belə dovşan doğuşunu 1726-cı ildə qəkim Con Hovardın iştirakı ilə edir.O, bu dəfə də dovşan cəsədinin parçalarını "doğur”. Səhəri Masts gündəliyində "bədbəxt qadın uşaq əvəzinə dovşan doğdu” adlı məqalə bütün İngiltərəni şoka salır. Şayiələr daha da zənginləşdirilərək ölkə boyu yayıldı. Hansı ki, həkim hələ bunun necə baş verdiyini araşdırıb bitirməmişdi.

Bütün qonşu əyalətlərdə insanlar danışırdı ki, Meri hər gün bir dovşan doğur və 4 saat sonra bala ölür. Bu doğuşdan çox açılışa bənzəyirdi. 

Təbii ki, bu xəbərlər Londona, məşhur həkim və xəstəxanalara da çatırdı. Cərrah Nataniel Andre bu qeyri-adi qadını müayinə etmək üçün pzü ilə prins Uelskinin katibini də götürüb Merinin kəndinə gedir. Elə onların gəlişindən sonra xəbər gəlir ki, Meri yenə doğur.






Loading...