Hedda Bolqar - Amerika Psixoloji Assosiasiyasının ən yaşlı üzvü və güclü psixoloqlardan idi.

O, 103 yaşına kimi klinikasında xəstələri qəbul edirdi.

Hedda dünyada psixoterapiyanın atası Ziqmund Freydin mühazirələrində canlı iştirak edən sonuncu psixoloq idi.

Hedda o qədər şən, optimist idi ki, müsbət enerjisini dərhal ətrafdakı insanlara ötürürdü.

Pressaz.info insanlarda ölüm, tənhalıq, qocalıq qorxularını aradan qaldırıb, ruhi təşvişi müalicə edən həkimin həyat düstürü, sağlamlıq və uzunömürlük sirlərini təqdim edir.

- Bilmirəm nəyə görə insanlar qocalmaqdan qorxur. Onlar qocalıqda ancaq itki, xəstəlik, zəiflik, tənhalıq görür. Lakin onlar görmür ki, qocalıq nəhayət ki, sərbəstlikdir, müstəqillikdir, vaxt çoxluğudur, öyrənmək imkanıdır. Artıq hər şeyin öhdəsindən gələ biləcəyin gücdür, müdriklikdir

- 100 illik yubileyində Hedda Bolqar deyirdi: "Mən xoşbəxt həyat yaşamışam. Amma ən yaxşı illərim son 15 ilim olub".

- Həyatın mənasını 65 yaşdan sonra anladım. Əgər siz də bunu anlasanız, 100 yaş sizə uzaq görünməyəcək

- Xoşbəxt və uzun ömrünün sirrini psixoloq daim hərəkətdə, qaçaqaçda olmasında görürdü. Son günə qədər o, pasiyentləri qəbul edirdi. Yaxınları onu evdə qalıb istirahət etməyə təhrik etsə də, o sözə baxmırdı

- Təqaüdə çıxmağı dünyanın ən axmaq qərarı hesab edirdi. Axı nəyə görə 60 yaşdan sonra insan işləməməlidir?

- Son günə qədər onun yaddaşı, zehni aydın idi

- Səhərlər çox enerjili oyanar, işə tələsər, qarşıda onu nə qədər işin gözlədiyini deyərdi

- 103 yaşına kimi saç düzümü, makiyajı, sırğaları, rəngli kostyumunu geyinərdi

- 40 yaşından sonra vegeterianlığı seçib, heyvanlara sevgisindən ət yeməyi tərgidib

- İdman etmirdi, sadəcə yüngül gimnastikalar edərdi

- Yatmağı çox sevirdi

- Dostları onunla görüşmək üçün bir ay öncədən yazılmalı idi

- "Mən o qədər məşğulam ki, ölməyə vaxtım yoxdur, ölmək gözləyər"

- Ölümünə bir neçə gün qalmış bunu hiss edən qadın köməkçisinə zəng edib tapşırdı ki, pasiyentləri qəbula yazmasın və onlar artıq yeni həkim axtarsınlar

Hedda Bolqardan 7 qızıl məsləhət

- Sağlamlığınız, ömrünüz, vaxtınız imkan verənə qədər işləyin. Təqaüdə tələsməyin

- Keçmişdə ilişib qalmayın, çox düşünməyin

- Gələcək barədə də narahat olmayın, o sürprizlərlə doludur

- Özünüzə qapanmayın, bütün günü xəstəlik, dərman, müalicədən danışmayın

- Sıxıntı hiss edən kimi gəzintiyə çıxın

- Başqalarının sizə rəhminin gələcəyini gözləməyin

- Çox yeməyin, amma doyunca yatın.medicina.az






Loading...