İstanbulda ofisiant işləyən İsrafil Türkmenin əlinə diş çöpü batmasına görə başına gələnlər həkimləri belə çox təəccübləndirib.

Pressaz.info xəbər verir ki, 3 ay əvvəl restorana müştərinin yeməyini bitirməsindən sonra süfrəni toplayan Türkmen dəsmal arasına bükülən diş çöpünü görməyib. Türmenin əlinə batan diş çöpü infeksiyaya səbəb olub. O yaşadıqlarını belə paylaşıb:

“Əlim qanadıqda bütün gücümlə yaxşı qanadıb, mikrobu atmağa çalışdım. Sabahkı gün əlim qızardı, şişməyə başladı. Həkimə getdim. Tetanos iynəsi etdi. Amma 2 gün sonra əlim yenidən şişməyə başladı. Bu dəfə başqa bir həkimə getdim. O istifadə olunan diş çöpündən infeksiya ola biləcəyini dedi. Bir müddət sonra barmağım ağrıdan dözülməz hala gəldi. Xəstəxanaya getdiyimdə həkimlər əməliyyat olunmalı olduğumu dedi. Əməliyyat olundum. İnfeksiyalı hissə tamamən təmizləndi. Əlim 1 ay gipsdə qaldı. 25 gün boyunca həkimlərin verdiyi dərmanla təmizlədim. 3 ay işə gedə bilmədim. Bir diş çöpü həyatımı kabusa çevirdi. İndi yavaş-yavaş əlim, barmaqların normala dönüb. İnsanlardan xahiş edirəm, istifadə etdiyiniz diş çöpünü salfetlərə bükməyin. Açıq yerə qoyun ki mənim başıma gələnlər digər insanların da başına gəlməsin”.

Həkim Bahadır Ceylan isə diş çöpü, mismar, şüşə qırığı kimi yabancı maddələrin infeksiyaların dəri altına keçməsində önəmli rol oynadığını bildirib: “Özəlliklə istifadə edilmiş diş çöpləri çox təhlükəlidir. İnsanın ağız və diş aralarında çoxlu mikroorqanizmlər var. Bu da diş çöpü yolu ilə başqa birinə keçərsə, ölümə belə səbəb ola bilər. Hətta adi mismardan ayağı kəsilən insanlar ola bilər”.Medicina.az 





Loading...