Bəzi Avropa ölkələrində koronavirusun "üçüncü dalğası"nın başlaması ilə bağlı xəbərdarlıqlar edilib.
Pressaz.info xəbər verir ki, İtaliya və Almaniya kimi ölkələrdə yenidən sərt tədbirlər görülür, qadağalar qoyulur.
Robert Kox İnstitutunun prezidenti Lotar Vayler Almaniyada COVID-19-un "üçüncü dalğası"nın başladığını qeyd edib. O bildirib ki, yoluxma sayı xeyli artıb və yaşı 60-dan az olan şəxlərin virusa yoluxma səviyyəsində artım müşahidə edilir. Vayler bu gedişatın davam edəcəyini gözlədiklərini vurğulayıb.
İtaliyanın Baş naziri Mario Draqi də "üçüncü dalğa"nın başladığını dilə gətirib. O, ölkədə yenidən karantin tədbirlərinin həyata keçiriləcəyini açıqlayıb. Ölkədə yoluxma sayı artdıqdan sonra bəzi qadağalar tətbiq edilib, məktəblər, geyim dükanları bağlanıb.
"Üçüncü dalğa"nın dünyanın və Avropanın digər ərazilərində də yayılması istisna edilmir, bu isə karantin rejiminin daha da sərtləşdiriləcəyi, qadağaların tətbiq olunacağı anlamına gəlir.redaktor.az





Loading...