Nigeriya təhlükəsizlik qüvvələri Kaduna ştatında 300-dən çox məktəblinin qaçırılması cəhdinin qarşısını alıb.
Pressaz.info xəbər verir ki, bu barədə “Punch” nəşri məlumat yayıb.
Belə ki, gecəyarısı naməlum silahlı şəxslər İraka şəhərində məktəbə hücum edən zaman həyəcan siqnalı işə düşüb və əraziyə dərhal hüquq-mühafizə orqanının əməkdaşları gəlib.
Tərəflər arasındakı qarşıdurmadan sonra silahlılar ərazidən qaçıblar.
Qeyd edək ki, bundan öncə də Nigeriyada 300-dən çox məktəbli oğurlanaraq naməlum istiqamətə aparılmışdı.Axar.az




Loading...