“Koronavirus səbəbindən iyunun 15-dək bağlanan Avropa İttifaqı xarici sərhədlərinin açılması üçün çalışırıq”.

“İnpa” xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo “RAI” telekanalına açıqlamasında bildirib: “15 iyun Avropa turizmi üçün qurtuluş günüdür. Avropanın bütün ölkələrinin yenidən hərəkətə keçməsi üçün çalışırıq”.
O bildirib ki, Almaniya hökuməti də 15 iyundan etibarən turizmin açılmasını dəstəkləyir. O, bir müddətdir ki, razılıq əldə etməkdə çətinlik çəkdikləri Avstriya ilə də danışıqlara davam edəcəklərini söyləyib: “Avropa vətəndaşlarının İtaliyaya təhlükəsiz şəkildə gəlmələrini təmin etmək çox vacibdir. Otelçilik sektoruna və sahibkarlara kömək etmək üçün yay aylarında itkilərin qabağını almalıyıq”.
Qeyd edək ki, Avropa Komissiyasının COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi qərara əsasən, birliyin xarici sərhədləri iyunun 15-dək bağlı qalacaq.
Digər tərəfdən isə İtaliya 3 İiundan etibarən öz sərhədlərini Aİ ölkələrinə açmağa və Aİ vətəndaşlarının gəlməsi üçün 14 günlük karantin tələbini ləğv etməyə qərar verib.




Loading...