"Böyük Britaniya və eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib. Dollar dünənki birjada da avroya nisbətən 0.4 faiz dəyər itirib”.

Pressaz.info-nun sfera.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyirinə işləyib: "Bununla belə, hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır. Aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb”. İqtisadçı qeyd edib ki, əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır: ”Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi, manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir”.
.




Loading...