Bir neçə gün əvvəl itkin düşmüş Salyan sakini, 1966-cı il təvvəlüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu tapılıb.

Bu barədə Pressaz.infoun “Aran” bürosuna onun bacısı Ədibə Xudaverdiyeva bildirib. Onun məlumatına görə, qardaşı Xətai Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq bu gün ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ə.Xudaverdiyev aprelin 1-də Bakıya gedərək geri qayıtmamışdı.
Ə.Xudaverdiyev fiziki qüsurlu, ikinci qrup əlildir. O, birinci Qarabağ müharibəsi şəhidi Qalib Xudaverdiyevin qardaşıdır.




Loading...