“Tibb işçiləri normal maaşla təmin edilməlidir ki, xəstələrə pul gözü ilə baxmasınlar”


“İcbari tibbi sığorta həkimlərin və digər tibb işçilərinin bütün zəruri təlabatını təmin etməlidir. Əks halda savadlı və ağıllı həkimlər və digər tibb işçiləri özəl sektora və xarici ölkələrə gedəcək. Necə ki, gedir. Ağıllı baş hər zaman çıxış yolu tapır. Gözəl güllər münbit şəraitdə açılır və keyfiyyətli meyvə verən ağaclar münbit şəraitdə yetişir”.

Pressaz.info xəbər verir ki , bunu həkim Aydın Əliyev deyib.

“İcbari tibbi sığorta və səhiyyə idarəçiləri həkimləri və digər tibb işçilərini normal maaşla, mənzillə və digər həyat üçün zəruri vasitələrlə təmin etməlidir ki, həkim və digər tibb işçiləri xəstələrə pul gözü ilə baxmasın, işinə yaradıcı yanaşsın. Əks halda, bu sistem işləməyəcək. Göstərgəlikdən, plan doldurmaq və ucuz reklam düşüncəsindən çıxmalıyıq” – A.Əliyev bildirib.




Loading...